Cüdoçularımız mübarizəni dayandırdı


Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatında millimizin üç üzvü mübarizəni başa vurub."Football-plus.az" xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən Mehdi Abbasov 1/8 finalda rusiyalı Yaroslav Bunakova, eyni çəkidə yarışan Cəsur İbadlı isə 1/16 finalda Tacikistan təmsilçisi Amincon Abducalilzodaya məğlub olub.
63 kq çəki dərəcəsində mübarizə aparan Hanna Zaytseva da 1/8 finalda Fransa cüdoçusu Manon Agati-Aluaşa uduzub.
Beləliklə, hər üç cüdoçumuz dünya çempionatında çıxışını başa vurub.
Xatırladaq ki, Azərbaycan ilk yarış gününü bir bürünc medalla başa vurub. Məhəmməd Musayev 66 kq çəki dərəcəsində üçüncü olub, Xədicə Qədəşova isə 57 kq-da beşinci yeri tutub.
