Professor: Azərbaycan və İraq universitetləri arasında akademik əməkdaşlıq genişləndirilməlidir


BAKI, 19 noyabr. TELEQRAF
Azərbaycanla İraq arasında mədəni və akademik əlaqələrin inkişafı, universitetlərarası əməkdaşlığın gücləndirilməsi və elmi nəşrlərin qarşılıqlı mübadiləsi vacibdir.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan və İraq türkmanları arasında mədəni münasibətlər üzrə Koordinasiya Şurasının sədri, Bağdad Universitetinin professoru, səfir Mahmud Xəlil Cəfər “Azərbaycan və İraq türkmanları arasında ictimai münasibətlər: Reallıqlar və perspektivlər” adlı tədbirdə deyib.
O bildirib ki, Azərbaycan və İraq arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi üçün bir neçə istiqamətdə əməkdaşlıq aparılmalıdır:
“Bu çərçivədə mədəni əlaqələrin inkişafı, kitabların və elmi nəşrlərin qarşılıqlı mübadiləsi, eləcə də akademik əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır”.
Mahmud Xəlil Cəfər qeyd edib ki, bir neçə il əvvəl başlanmış akademik əməkdaşlıq təşəbbüsləri davam etdirilməli, universitetlər arasında əlaqələr gücləndirilməlidir:
“Azərbaycan universitetlərinin İraqda daha yaxşı tanıdılması, tələbə və elmi nəşr mübadiləsinin genişləndirilməsi üçün əlavə səylərə ehtiyac var”.
