Professor Adil Qeybulla xəstəxanalarda icbari tibbi sığortanın fəaliyyətini kəskin tənqid etdi: “Bu, vətəndaşı yormaqdır!”


19.11.2026
Ölkədə icbari tibbi sığorta sisteminin tətbiqi vətəndaşların tibbi xidmətlərə əlçatanlığını artırmaq məqsədi daşısa da, bəzi tibb müəssisələrində yaranan uzun növbələr və idarəetmə ilə bağlı çətinliklər hələ də ictimaiyyətin əsas müzakirə mövzularından biridir. Səhiyyə sahəsində keyfiyyətin yüksəldilməsi və mövcud potensialdan səmərəli istifadə olunması üçün idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi vacib sayılır.
ELAZ.INFO xəbər verir ki, tanınmış həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla bəzi xəstəxanalarda müşahidə olunan sıxlıq və icbari tibbi sığorta sisteminin təşkili ilə bağlı mövcud problemlərə münasibət bildirib. Tanınmış professordan icbari tibbi sığortaya sərt ittiham: “Səhər gedirsən, 150 nəfər növbə gözləyir!” Professor qeyd edib ki, səhər saatlarından tibb müəssisələrinin qarşısında yüzlərlə vətəndaşın növbə gözləməsi icbari tibbi sığortanın mahiyyətinə ziddir: “Bəzi xəstəxanalara səhər gedirsən, 100-150 nəfər növbə gözləyir. Bu şəkildə icbari tibbi sığorta olmaz axı. Bu, vətəndaşı yormaq deməkdir. Mən düşünürəm ki, işin idarə olunmasında bu cür neqativ hallar aradan qaldırılsa və vətəndaşlar Azərbaycan səhiyyəsinin imkanlarından rahat yararlana bilsələr, təbii ki, biz daha yüksək yerləri tuta bilərik. Bunun üçün kifayət qədər potensialımız var.”Ekspertin fikrincə, səhiyyə müəssisələrində idarəetmənin düzgün qurulması həm xəstələrin vaxt itkisinin qarşısını alar, həm də tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə ciddi töhfə verər.
Ruslan MƏMMƏDOV
👁 110
