“Princess Cruises” gəmisində kütləvi XƏSTƏLİK YAYILIB
InterpressXuraman Etibarli


“Princess Cruises” gəmisində 100-dən çox sərnişin və ekipaj üzvü naməlum infeksiyaya yoluxub.
İnterpress.az xəbər verir ki, bu barədə “New York Post” nəşri məlumat yayıb.
Məlumata görə, hadisə Karib dənizi, Kolumbiya və Panama istiqamətində 12 günlük kruiz səfəri zamanı baş verib.
Naməlum mədə-bağırsaq infeksiyasının səbəbi hələ müəyyən edilməyib.
Yoluxan şəxslərdə əsasən ishal və qusma əlamətləri müşahidə olunur.
Qeyd edək ki, bu, 2026-cı ildə “Princess Cruises” şirkətinə məxsus gəmidə qeydə alınan artıq dördüncü xəstəlik yayılmasıdır.
Xuraman Etibarlı
İnterpress.az
Olke.az+1 mənbə