Biznes Hüququ Komitəsində hüquqi məsələlərlə bağlı müzakirə forumları davam edir – FOTO


Ana səhifə
Vəkillik fəaliyyəti
20 noyabr 2026, 11:57
Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsi daxilində hüquqi məsələlərin müzakirəsinə həsr olunan silsilə müzakirə forumları davam edir.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Bu ilin sentyabr–noyabr ayları ərzində aşağıdakı mövzular üzrə forumlar keçirilib:
– 19 sentyabr 2026-cı il tarixində “Kraudfandinq haqqında” qanun və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə edilmiş əlaqəli dəyişikliklər müzakirə olunub. Müzakirədə kraudfandinqin maliyyələşmə mexanizmi kimi məzmunu və hüquqi tənzimlənməsi, əsas növləri, kraudfandinq platformalarının fəaliyyəti və Mərkəzi Bankın tənzimləmə və nəzarət səlahiyyətləri nəzərdən keçirilib. Həmçinin Mülki Məcəlləyə edilmiş əlaqəli dəyişikliklər, investorlarla layihə sahibləri arasında hüquqi münasibətlər, tərəflərin hüquq və öhdəlikləri və digər hüquqi və praktiki məsələlər əhatə edilib.
– 10 oktyabr 2026-cı il tarixində keçirilən müzakirədə korporativ hüquq sahəsində mövcud qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Mülki Məcəlləyə mümkün dəyişikliklərə dair təkliflər nəzərdən keçirilib və onların hüquqi və praktiki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
– 14 noyabr 2026-cı il tarixində vəkil Sirac Piriyevin təqdimatında Azərbaycan Respublikasında vergi mübahisələri üzrə müvəqqəti müdafiə institutunun tətbiqində yeni yanaşmalar, bununla bağlı hüquqi və praktiki məsələlər müzakirə olunub.
1 mənbə
Olke.az+1 mənbə