Azərbaycan və Vyetnam arasında humanitar sahədə əməkdaşlıq əlaqələri genişlənir


8 mənbə əsasında
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə humanitar əməkdaşlığın iki ölkəni birləşdirən vacib amil olduğunu bildirib. Dövlət başçısı onilliklər ərzində təhsil, xeyriyyə və mədəni mübadilə sahələrində davamlı əlaqələrin qurulduğunu qeyd edib. O, xüsusilə Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi layihələrin və təhsil təşəbbüslərinin münasibətlərin dərinləşməsində xüsusi rol oynadığını vurğulayıb.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Prezident: Humanitar əməkdaşlıq Azərbaycan və Vyetnamı birləşdirən möhkəm körpü rolunu oynayır
Humanitar əməkdaşlıq Azərbaycan və Vyetnam xalqlarını, dövlətlərini birləşdirən möhkəm körpü rolunu oynayır.Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyev bunu Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində deyib.Dövlət başçısı qeyd edib ki, onilliklər ərzində bu əlaqələr təhsil təşəbbüsləri, xeyriyyə layihələri və müntəzəm mədəni mübadilə vasitəsilə davamlı olaraq möhkəmləndirilib:"Heydər Əliyev Fondu bu prosesdə xüsusi rola malikdir və Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir. Fondun fəaliyyət istiqamətləri Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla infrastruktur təşəbbüslərindən tutmuş müxtəlif təhsil proqramlarının dəstəklənməsinə qədər geniş spektri əhatə edir.Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri bu əlaqələrin möhkəmləndirilməsində mühüm addım olub. Səfər zamanı ölkə rəhbərləri, yaradıcı ziyalıların nümayəndələri və Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə görüşlər keçirilib. Hanoy Ticarət və Turizm Kollecinə də maliyyə dəstəyi göstərilib".Prezident İlham Əliyev vurğulayıb ki, xeyriyyəçiliklə yanaşı, elm və təhsil əməkdaşlığı da dinamik şəkildə inkişaf edir:"Hər iki ölkənin aparıcı universitetləri bir sıra tərəfdaşlıq müqavilələri və memorandumlar imzalayıb. Vyetnam nümayəndələri Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün mənim sərəncamıma uyğun olaraq yaradılmış təhsil qrant proqramlarında iştirak etmək imkanına malikdirlər".
Tam oxu Oxu24.com saytındaDərc vaxtına görə