Prezident: Azərbaycan ilə Vyetnam arasında tranzit daşımaları 6 dəfə artıb
.jpg)
.jpg)
Azərbaycan ilə Vyetnam arasında tranzit daşımalarının həcmi 2026-cı ilin yanvar-sentyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olub.
Publika.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində bildirib.
Dövlət başçısı qeyd edib:
"Azərbaycanın nəqliyyat və logistika infrastrukturundan Orta Dəhliz və "Şimal-Cənub" nəqliyyat dəhlizi vasitəsilə Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün səmərəli şəkildə istifadə etmək olar. Bu, ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərində rolunu gücləndirməklə yanaşı, əlavə iqtisadi dəyər və əməkdaşlıq üçün yeni imkanlar yaradılmasına və ikitərəfli əlaqələrin genişlənməsinə sanballı töhfə verəcək".
Dərc vaxtına görə
Publika.azoxuduğunuz
Prezident: Azərbaycan ilə Vyetnam arasında tranzit daşımaları 6 dəfə artıb