Finlandiya Rusiyanın NATO-dan çıxmaq tələbini rədd edib


19.11.2026 - 21:29
Finlandiya Rusiyanın ölkənin NATO üzvlüyündən imtina etməsi ilə bağlı irəli sürdüyü iddia edilən tələbi rədd edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Finlandiyanın müdafiə naziri Antti Hakkanen belə bir təklifin müzakirə mövzusu ola bilməyəcəyini bildirib.
“Belə məsələlər heç bir halda danışıqların mövzusu ola bilməz. Rusiyaya da bu məlumdur. Belə bir təklifin irəli sürülməsi tamamilə qəbuledilməzdir”, – deyə nazir vurğulayıb.
Məlumata görə, Almaniyanın “Bild” nəşri Moskvanın Əbu-Dabidə keçirilən danışıqlarda Finlandiyanın NATO-dan çıxmasını və alyansın Baltikyanı ölkələrdə hərbi bazalar yaratmasının qadağan edilməsini tələb etdiyini yazıb.
Rusiya isə belə bir tələbin irəli sürüldüyünü təkzib edib. Kremlin sözçüsü Dmitri Peskov məsələni müzakirə etmədiklərini bildirib.
Rauf