Poçettino "Mançester Yunayted"də Reşforda şans verəcək


"Mançester Yunayted"in sükanını arxasına keçməyə hazırlaşan Maurisio Poçettinonun komandaya gəlişi ilə bağlı ən çox müzakirə olunan mövzulardan biri də Markus Reşfordun gələcəyidir.
Offsideplus.az xəbər verir ki, argentinalı mütəxəssisin əvvəlki açıqlamalarında ingilis ulduzu hər zaman yüksək qiymətləndirdiyi və onunla işləməkdən məmnunluq duyacağı bildirilir.
Son mövsümlərdə və cari kampaniyada müəyyən enişlər yaşasa və zədə səbəbindən bir müddət yaşıl meydanlardan kənarda qalsa da, Poçettionun gəlişi Reşford üçün karyerasında yeni bir səhifə aça bilər.
Poçettiono karyerası ərzində sürətli cinah oyunçuları ilə işləməkdə uğurlu təcrübəyə malikdir və Reşfordun potensialından maksimum yararlanmaq niyyətindədir.
Çanaq nahiyəsindən aldığı zədəni bərpa edən və xüsusi reabilitasiya proqramı keçən Reşfordun yaxın vaxtlarda saf heyətə dönəcəyi gözlənilir.
Yeni baş məşqçinin rəhbərliyi altında ilk sınağın qarşıdakı "Liverpul" matçında olacağı gözlənilir və Reşfordun bu vacib qarşılaşmada komandaya kömək edə biləcəyi vurğulanır.
