Peşə təhsilinə qəbul olunan qadınların payı 42 faizə yüksəlib


Azərbaycanda peşə təhsilinə qəbulda qadınların xüsusi çəkisində son illər artım qeydə alınıb.
Gunxeber.Az xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı “Peşə Təhsili Forumu 2026”da çıxışı zamanı bu barədə məlumat verib.
Onun sözlərinə görə, 2022-ci ildə peşə təhsilinə qəbul olunanlar arasında qadınların payı 32 faiz təşkil etdiyi halda, 2026-cı ildə bu göstərici 42 faizə çatıb.
İlqar Bayramlı bildirib ki, cari ildə peşə təhsili almaq üçün 52 min nəfər müraciət edib. Onlardan 28 min nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.
Dövlət sifarişi əsasında ayrılan yerlərin sayında da artım qeydə alınıb. Belə ki, 2022-ci ildə bu göstərici təxminən 16 min olduğu halda, 2026-cı ildə 23 minə yüksəlib.
Xəbərlərimizi Google-da izləyin Yeniliklərdən dərhal xəbərdar olun
03:30
16:23
05:45
22:37
17:33
23:30