Pensiyalar 10% artıb


Azərbaycanda bu ilin oktyabrın 1-nə təyin olunmuş aylıq pensiyaların orta məbləği 595,8 manat olub.
Ölkə.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbərr verir ki, bu, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,3% çoxdur.
Sözügedən dövrə yaşa görə orta pensiya məbləği 633,5 manat, əlilliyə görə 480,4 manat, ailə başçısını itirməyə görə 600,5 manat təşkil edib.
Könül Vəliyeva
1 mənbə
