Azərbaycanda 10 ayda 205 milyon tondan çox yük daşınıb


Vətənim Media xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda nəqliyyat vasitələri ilə 205 milyon 52,2 min ton yük daşınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artıb.
Daşınan yüklərin əsas hissəsi avtomobil nəqliyyatının payına düşüb. Bu nəqliyyat növü ilə 130 milyon 387,6 min ton yük daşınıb ki, bu da illik müqayisədə 6,9 faiz çoxdur.
Əsas mənbə: APA
