Azərbaycanda pensiya yaşının azaldılması məsələsinə elmi münasibət bildirilib


4 mənbə əsasında
Azərbaycanda pensiyaçıların sayının azalması fonunda pensiya yaşının endirilməsi ilə bağlı müzakirələrə münasibət bildirilib. Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri Rəsmiyyə Sabir qeyd edib ki, yalnız bu göstəriciyə əsaslanaraq yaş həddinin aşağı salınması elmi cəhətdən düzgün deyil. Professor bildirib ki, pensiya siyasəti müəyyənləşdirilərkən ölkənin demoqrafik vəziyyəti, iqtisadi imkanları və sosial müdafiə sisteminin dayanıqlığı kompleks şəkildə nəzərə alınmalıdır. Sistemin real vəziyyətini qiymətləndirmək üçün əmək bazarı, işləyən vətəndaşların sayı və Dövlət Sosial Müdafiə Fondunun gəlir-xərcləri təhlil olunmalıdır.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Pensiya yaşı 65-dən aşağı salına bilər? – Professordan AÇIQLAMA
“Azərbaycanda pensiyaçıların sayının azalması ilk baxışdan pensiya sistemində müəyyən dəyişikliklərin, o cümlədən pensiya yaşının aşağı salınması məsələsinin gündəmə gətirilməsinə əsas yarada bilər. Lakin bu göstəriciyə əsaslanaraq pensiya yaşının azladılması elmi cəhətdən doğru sayılmır. Çünki pensiya siyasəti bir sıra amillər – ölkənin demoqrafik inkişafı, iqtisadi imkanları və sosial müdafiə sisteminin uzunmüddətli dayanıqlılığı nəzərə alınmaqla formalaşdırılmalıdır”.Oxu24.com xəbər verir ki,bu fikirləri AR Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) KONKRET.az-a açıqlamasın da səsləndirib.“Pensiyaçıların sayının azalması pensiya sisteminin maliyyə imkanlarının yaxşılaşması demək deyil. Sistemin real vəziyyətini qiymətləndirmək üçün işləyən əhalinin sayı, sosial sığorta haqlarının həcmi, əmək bazarındakı vəziyyət, əhalinin yaş strukturu, eləcə də Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri kompleks şəkildə təhlil edilməlidir.Məsələn, pensiyaçıların sayının azalması vəfat edən şəxslərin sayının yeni pensiya təyin olunan şəxslərin sayından çox olması ilə əlaqədar ola bilər. Eyni zamanda, pensiya hüququnun yaranması üçün qanunvericiliklə müəyyən edilmiş şərtlər də bu prosesə təsir göstərir. Buna görə də yalnız pensiyaçıların ümumi sayındakı dəyişiklik əsasında pensiya sisteminin vəziyyəti və gələcək perspektivləri barədə qəti qənaətə gəlmək mümkün deyil.Digər tərəfdən, Azərbaycanın demoqrafik perspektivləri də diqqətdə saxlanılmalıdır. Əhalinin yaşlanması, yaşlı insanların ümumi əhali arasında xüsusi çəkisinin artması və əmək qabiliyyətli əhalinin payının dəyişməsi uzunmüddətli perspektivdə pensiya sisteminin üzərinə əlavə maliyyə yükü yarada bilər. Bu baxımdan, hazırda pensiyaçıların sayında müşahidə olunan azalma pensiya yaşının aşağı salınması üçün kifayət qədər əsas sayıla bilməz”.Rəsmiyyə Sabir qeyd edib ki, Azərbaycanda pensiya yaşı son ill
Tam oxu Oxu24.com saytındaDərc vaxtına görə
