Pau Kubarsi İngiltərə ilə oyunda zədələndi


İspaniya millisinin və "Barselona"nın müdafiəçisi Pau Kubarsi İngiltərə ilə keçirilən qarşılaşmada zədə alıb.
Offsideplus.az xəbər verir ki, 19 yaşlı futbolçu Millətlər Liqasının 6-cı turunda baş tutan oyunun fasiləsində əvəzlənib. Kubarsinin yerinə ikinci hissədə Din Heysen meydana çıxıb.
Diario Sport-un məlumatına görə, gənc müdafiəçi bud nahiyəsində narahatlıq hiss etdiyi üçün ehtiyat tədbiri olaraq baş məşqçi Luis de la Fuente onu meydandan çıxarıb.
Kubarsi "Barselona"ya qayıtdıqdan sonra zədəsinin dəqiq dərəcəsi müəyyənləşməsi üçün tibbi müayinədən keçəcək.

Lent.az+1 mənbə