Paşinyan və Almaniya XİN rəhbəri İrəvanda SÜLHÜ müzakirə etdi


İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyanın xarici işlər naziri Yohann Vadefulün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
NOCOMMENT.az xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli münasibətlərin inkişafı, yaşıl energetika sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də Ermənistanın Avropa İttifaqı ilə ticarət-iqtisadi əlaqələrini müzakirə ediblər.
Almaniyanın XİN rəhbəri Ermənistan ilə Azərbaycan arasında sülhün bərqərar olunmasının vacibliyini vurğulayıb və formalaşan konstruktiv atmosferin regional əlaqələrin güclənməsinə və əməkdaşlığın inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.
Nikol Paşinyan öz növbəsində Berlindən Ermənistandakı demokratik islahatlara və ölkənin Aİ ilə münasibətlərinin inkişafına göstərilən dəstəyi qeyd edib. Tərəflər, həmçinin aktual regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.