Paşinyan Moskvadan cavab gözləyir
DiaAzadmin

1 dəq oxu
Xəbər
Baş nazir Nikol Paşinyan 3 dekabrda Moskvada keçirilməsi planlaşdırılan görüşdə Ermənistan Dəmir Yollarının konsessiya idarəçiliyi məsələsinin müzakirə olunacağını istisna etməyib.
“Cebheinfo.az” xəbər verir ki, 19 noyabrda keçirilən brifinqdə Paşinyan Ermənistan Dəmir Yollarının modernləşdirilməsi üçün əhəmiyyətli investisiya tələb etdiyini bir daha vurğulayıb.
"Bizə konkret cavablar lazımdır. Əsl sual budur: Rusiya Dəmir Yolları Ermənistan Dəmir Yollarını rəqabətli vəziyyətə gətirmək üçün lazımi həcmdə investisiya qoymağa hazırdırmı? Əgər belədirsə, əla. Əgər yoxdursa, yeni investorlar tapmalıyıq", - deyə Paşinyan bildirib.
Mənbə
1 mənbə



