Paşinyan: İtkin düşmüş şəxslərlə bağlı məsələnin həlli üçün Azərbaycanla əməkdaşlığı dərinləşdirəcəyik


BAKI, 19 noyabr. TELEQRAF
“İtkin düşmüş şəxslərlə bağlı məsələnin həlli üçün Azərbaycanla əməkdaşlığı dərinləşdirməyə çalışacağıq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Bu işi davam etdirəcəyik. Əlbəttə, məsələ ilə bağlı Azərbaycanla əməkdaşlığı dərinləşdirməyə çalışacağıq. Biz öz tərəfimizdən bu məsələlərin aydınlaşdırılması istiqamətində, o cümlədən beynəlxalq tərəfdaşlarımızla birlikdə işləməyə hazır olduğumuzu bildirmişik və bildiririk”, - Ermənistanın Baş naziri qeyd edib.
Nikol Paşinyan hesab edir ki, Azərbaycan və Ermənistan məsələ ilə bağlı onları maraqlarından suallara bir-birindən müvafiq cavabları ala bilərlər.
Dərc vaxtına görə
Teleqraf.azoxuduğunuz
Paşinyan: İtkin düşmüş şəxslərlə bağlı məsələnin həlli üçün Azərbaycanla əməkdaşlığı dərinləşdirəcəyik
