Paşinyan: “Azərbaycanla sülh müqaviləsi imzalanmadan vəzifəmdən getmək niyyətində deyiləm”


19.11.2026 - 10:02
Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiya ilə bağlı keçiriləcək referendumun nəticəsindən asılı olaraq istefa verə biləcəyini açıqlayıb. O, Azərbaycanla sülh müqaviləsinin imzalanmasını və sülh prosesinin yekunlaşdırılmasını vəzifəsindən getməzdən əvvəl vacib şərt kimi göstərib.
Korrekt.az xəbər verir ki, Paşinyan bu barədə parlamentdə keçirilən sual-cavab sessiyasında danışıb.
Baş nazir bildirib ki, referendumda vətəndaşlar yeni Konstitusiyanın əleyhinə səs verərlərsə, istefa verməyə hazırdır. Onun sözlərinə görə, sənədin qəbuluna dəstək göstəriləcəyi təqdirdə isə Azərbaycanla sülh prosesinin yekunlaşdırılmasından sonra vəzifəsini tərk etməyi nəzərdən keçirəcək.
Paşinyan müxalifət nümayəndələrinə müraciət edərək hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı mövqelərini konkret addımlarla sübut etməyə çağırıb.
Dərc vaxtına görə
