"Partizan" və "Beşiktaş" cərimələndi


EuroLeague rəhbərliyi "Partizan" və "Beşiktaş" klublarını azarkeş davranışlarına görə cərimələyib.
Offsideplus.az xəbər verir ki, qərara əsasən, "Beşiktaş"ın ev oyununda bir azarkeşin meydana daxil olması və qarşılaşmanın qeyri-adi şəkildə dayandırılması səbəbindən İstanbul təmsilçisi 7 min avro məbləğində cərimə olunub.
"Partizan" isə azarkeşlərinin tribunada fişəng yandırmasına görə 8 min avro cərimə ödəyəcək. Hadisələr müvafiq olaraq EuroLeague-in 8-ci və 10-cu turunda baş verib.
