Parlamentdə maraqlı anlar: Deputat “danışmaqxana” dedi, Qafarova da belə cavab verdi


Milli Məclisin iclasında sədr Sahibə Qafarova ilə deputat Səyyad Aran arasında maraqlı dialoq olub.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, müzakirə zamanı gərgin anlar yaşanıb.
Səyyad Aran: “Bir söz demək istəyirəm. Mənim haqqımı heç kim ala bilməz. Bəziləri yerdən deyir ki, beş dəqiqə, üç dəqiqə… Nə deyim, danışmaq istəmirsinizsə, danışmayın. Yaxud iki-üç dəqiqə danışın. Başqalarına da söz vermək lazımdır. Bu Milli Məclisdir, danışmaqxanadır. Bir dəqiqə bitdi deyə, sözü yarımçıq kəsmək düzgün deyil”.
Sahibə Qafarova: Birinci növbədə, bura danışmaqxana deyil! Parlament etikasına və leksikasına riayət etməyinizi xahiş edirəm.
İkinci məsələ isə ondan ibarətdir ki, reqlamentin beş dəqiqəyə endirilməsi təklif olundu və səs çoxluğu ilə qəbul edildi. Əgər siz bir neçə dəqiqə artıq danışmaq istəyirsinizsə, bunu özünüz də bilirsiniz. Bundan əvvəl İlham müəllim danışırdı, cümləsini hələ bitirməmişdi. Mən dedim ki, mənə bir dəqiqə də verin, onu sizə verəcəyəm. Amma niyə büdcə məsələsini yenidən ittihamla başlayırsınız? Xahiş edirəm, buyurun, ürəyiniz nə qədər istəyirsə, danışın. Biz əvvəlcədən də söz verə bilərik. Buyurun, sizi dinləyirik”.
Səyyad Aran: “Çox təşəkkür edirəm. Sizin bu şəfqətiniz məni duyğulandırır. Sözə keçən ilki çıxışımdan bir sitatla başlamaq istəyirəm.
Bu iki büdcə nəinki ən böyük büdcələrimizdir, həm də gələcək üçün mühüm imkanlar yaradır. Hələ indidən hesab edirəm ki, gələn il, yəni nəzərdə tutduğum növbəti ildə hansı mövqedən danışacağımızı düşünməliyik. İstəyirəm ki, bu perspektiv indidən məni yaxşı mənada ruhlandırsın, həyəcanlandırsın.
Çox xoşbəxtəm ki, bəzilərinin riyazi hesablamalarla xəyal kimi gördüyü, amma hələ reallıqda görmədiyi mənzərəni gələcəkdə yaşayacağıq. Mən inanıram ki, bundan sonra, Allah qoysa, Qarabağda məskunlaşma prosesi tam başa çatdıqdan sonra həm iqtisadi imkanlarımız, həm büdcə gəlirlərimiz, həm də Azərbaycan xalqının sosial rifah səviyyəsi daha da yüksələcək. Bunu düşmənlərimiz də görürlər. Bəzən müxtəlif bəhanələrlə Azərbaycan haqqında əsassız ittihamlar irəli sürür, ölkəmizə qarşı təzyiqlər göstərməyə çalışırlar. Səbəb isə dövlətimizin artan gücüdür.
Dünyada nə qədər müharibələrin getdiyini hamımız bilirik. Artıq iki il keçib. Amma biz 44 gün ərzində 30 illik münaqişəyə son qoyduq, bu zülmü aradan qaldırdıq və Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirdik”.
1 mənbə