22:00 • 17 Noyabr 20261 dəq oxu
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Ehtiyac meyarının artırılması sosial yardımları yüksəldəcək.
Xezerxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında qanun layihəsini təqdim edərkən deyib.
Onun sözlərinə görə, ehtiyac meyarının artırılması həm sosial yardım alan ailələrə ödənilən vəsaitin məbləğinin yüksəlməsinə, həm də bu yardımı almaq hüququ olan ailələrin dairəsinin genişlənməsinə imkan verəcək. Komitə sədri digər sosial artımlardan da danışıb.
"İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcə layihəsi" də müzakirəyə çıxarılıb. Qeyd edilib ki, işsiz və işaxtaran şəxslərin məşğulluq imkanları artırılır.
Deputat Səyyad Aran "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputatlara verilən çıxış vaxtına etiraz edib.
Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın səsləndiriyi fikrə irad bildirib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
© xezerxeber.az
