"Panatinaikos" Yunanıstan çempionatında növbəti qələbəsini qazanıb


"Panatinaikos" Yunanıstan çempionatının yeddinci turunda "Kolossos Rodos" üzərində 78:73 hesabı ilə qələbə əldə edib.
Offsideplus.az xəbər verir ki, meydan sahibləri ilk hissədə 26:15 hesabı ilə ikirəqəmli üstünlük qurub. Qonaqlar bir neçə dəfə fərqi azaltmağa çalışsalar da, "Panatinaikos" hər dəfə buna cavab verərək son dəqiqəyə qədər üstünlüyünü qoruyub və nəticədə qalib gəlib.
Komandanın heyətində Nikos Roqavopulos 14 xal toplayıb. Kendrik Nann isə 11 xal, 5 ribaund və 5 assistlə yadda qalıb. "Kolossos Rodos"da Yorgos Kamperidis 12 xal, Ezra Mancon, Tayler Stivenson və Peyton Uillis isə hərəyə 11 xal əldə edib.
Hazırda turnir cədvəlində "Panatinaikos" 6 qələbə və 1 məğlubiyyətlə ikinci pillədə qərarlaşıb.
1 mənbə
