Pakistan polisi 4 terrorçunu məhv edib


Pakistanın Xayber Paxtunxva əyalətində polis əməliyyatı zamanı dörd terrorçu öldürülüb.
“İki sahil” xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Bildirilib ki, əməliyyat Lakki Marvat rayonunda polis əməkdaşlarına atəş açılması barədə məlumat daxil olduqdan sonra başlayıb.
Qeyd edilib ki, təxminən iki saat davam edən atışma nəticəsində dörd terrorçu öldürülüb. Ərazidə onlara məxsus silah-sursat aşkarlanıb.
Dərc vaxtına görə
İki̇sahi̇l.azoxuduğunuz
Pakistan polisi 4 terrorçunu məhv edib
