Orta Dəhliz Almaniya və Aİ-nin prioritet layihələri sırasındadır - Almaniya XİN rəhbəri


Ana SəhifəRƏSMİOrta Dəhliz Almaniya və Aİ-nin prioritet layihələri sırasındadır - Almaniya XİN rəhbəri
RƏSMİ19.11.2026 12:30
Almaniya xarici işlər naziri Johann David Vadephul Orta Dəhlizin Avropa üçün strateji əhəmiyyət daşıdığını və layihənin həyata keçirilməsinin Almaniya ilə Avropa İttifaqının prioritetləri sırasında olduğunu bildirib.
Fins.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Johann David Vadephul Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə brifinq zamanı deyib.
Nazir qeyd edib ki, Almaniya və Avropa İttifaqının əsas məqsədlərindən biri siyasi və iqtisadi sahələrdə etibarlı tərəfdaşlarla əməkdaşlığı genişləndirməkdir. Bu məqsədlə azad ticarət sazişlərinin təşviq edildiyini və infrastruktur əlaqələrinin inkişaf etdirilməsi istiqamətində iş aparıldığını vurğulayıb.
Orta Dəhliz Avropa üçün strateji əhəmiyyət daşıyır
Vadephul bildirib ki, Orta Dəhliz Avropanın perspektivli tərəfdaşlarla əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm layihədir.
Onun sözlərinə görə, layihənin reallaşdırılması Avropa İttifaqı və Almaniyanın fəal şəkildə üzərində işlədiyi prioritet istiqamətlərdən biridir. Nazir yaxın müddətdə müsbət nəticələrin əldə olunacağına ümid etdiyini bildirib.
Vadephul, həmçinin Ermənistanda da bu istiqamətdə nəticələrə nail olmağa çalışacağını və layihə üzrə konkret praktiki işlərə başlanılmasına çağıracağını qeyd edib.
MüəllifFuad
Yüklənir...
1 mənbə