"Ordu" növbəti mərhələ arzusunda
1sport.az1Sport.az

Kişi voleybolçulardan ibarət “Ordu” komandası bu gün CEV Çelenc Kubokunun 1/32 final mərhələsinin cavab oyununda meydançaya çıxacaq.
1Sport.az xəbər verir ki, təmsilçimiz Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində Norveçin “Forde VBK” klubunu sınağa çəkəcək.
Saat 19:00-da başlayacaq qarşılaşma Bakıda oynanılacaq.
Xatırladaq ki, rəqib meydanında keçirilən ilk görüşdə “Ordu” 3:0 (25:11, 25:17, 25:19) hesablı inamlı qələbə qazanıb.
