OpenAİ Rusiyanın informasiya əməliyyatının Polşaya yayıldığını açıqlayıb


Cəmiyyət
0 0
Bugün 14:22
Rusiyanın “Dark Clark” adlı informasiya əməliyyatı Peru məktəblərinə Ukrayna və Stepan Bandera ilə bağlı dərslərə dair saxta e-poçt göndərilməsi ilə başlayıb və Polşaya qədər yayılıb.
OpenAİ-nin hesabatına görə, əməliyyat çərçivəsində əldə edilən fotoşəkillər Ukrayna əleyhinə təbliğat materiallarında istifadə olunub və Polşa mediasına çatdırılıb.
Şirkət əməliyyatla əlaqəli Rusiyadan qaynaqlanan ChatGPT hesablarını blokladığını bildirib.