Onun son mənzili Xocalı oldu

1 dəq oxu
Xəbər
21.11.2026
00:07
Xocalı soyqırımının şahidi Salman Abbasov vəfat edib.
ERAmedia xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı paylaşım edib.
O bildirib ki, Salman Abbasov Xocalıda dəfn olunub.
Qeyd edək ki, S.Abbasov Milli Qəhrəman, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlardan tanınan Ləfxanım Mahmudovanın atasıdır.
Bənzər xəbərlər
Mənbə
1 mənbə


