Onlara yüksək vəzifə verildi - FOTO


Milli Kibertəhlükəsizlik Agentliyində yeni təyinatlar baş tutub.
Agentliyin İdarə Heyətinin sədri Fərid Zeynalov bununla bağlı müvafiq əmrlər imzalayıb.
Belə ki, Könül Fərəcova Agentliyin Hüquq departamentinin direktor müavini vəzifəsinə təyin olunub.
O, 2024-cü ilin avqust ayından Milli Kibertəhlükəsizlik Agentliyində Normativ hüquqi təminat şöbəsinin müdiri vəzifəsində çalışıb. 2026-cı ilin noyabrından isə fəaliyyətini həmin qurumun Hüquq departamentinin direktor müavini kimi davam etdirir.
O, eyni zamanda, 2025-ci ilin fevralından Bakı Dövlət Universitetinin SABAH qrupunda müəllim kimi fəaliyyət göstərir.
Könül Fərəcova bundan əvvəl 2022-ci ilin dekabrından 2024-cü ilin avqustunadək Dövlət Məşğulluq Agentliyində şöbə müdiri, 2022-ci ilin fevralından dekabrınadək isə böyük hüquqşünas vəzifələrində çalışıb.
2021-ci ilin dekabrından 2024-cü ilin avqustunadək Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü kimi vəkillik fəaliyyəti ilə məşğul olub.
O, 2021-ci ilin sentyabrından 2022-ci ilin fevralınadək “Aztelekom”da korporativ hüquqşünas vəzifəsində çalışıb./Yurd.Media/
Könül Fərəcova
Əli Qəniyev isə Milli Kibertəhlükəsizlik Agentliyinin Hücumyönümlü təhlükəsizlik şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.
O, bundan əvvəl, 2024-cü ilin sentyabrından 2026-cı ilin oktyabrınadək qurumda tətbiqi təhlükəsizlik və təhlükəsizlik tədqiqatları üzrə mütəxəssis vəzifəsini icra edib.
Əli Qəniyev