Ölkədə yüz minlərlə ev sənədsizdir – 2027-ci ildən proses sürətlənə bilər


Ana SəhifəSOSİUMÖlkədə yüz minlərlə ev sənədsizdir – 2027-ci ildən proses sürətlənə bilər
SOSİUM20.11.2026 15:35
25
Fins.az - Ölkədə yüz minlərlə fərdi yaşayış evi hələ də mülkiyyət hüququnu təsdiq edən rəsmi sənədlərlə təmin olunmayıb. Müxtəlif qiymətləndirmələrə görə, belə evlərin sayı 300-500 min arasında dəyişir.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, sənədsiz evlərin rəsmiləşdirilməsi istiqamətində işlər davam etdirilir. Onun sözlərinə görə, 2027-ci ildən bu prosesin daha da sürətləndirilməsi gözlənilir.
Deputat qeyd edib ki, yaşayış evlərinin sənədləşdirilməsi vətəndaşların kommunal xidmətlərdən istifadəsini də asanlaşdıracaq. Hazırda bəzi ərazilərdə sənədlərin olmaması səbəbindən sakinlər qaz, elektrik enerjisi, su və internet xidmətlərinə abonent kimi qoşulmaqda çətinlik çəkirlər.
Sənədləşdirmə prosesi bələdiyyələrin əmlak vergisi daxilolmalarına da müsbət təsir göstərə bilər. Belə ki, mülkiyyət hüquqları rəsmiləşdirildikdən sonra daşınmaz əmlakla bağlı vergi və digər ödənişlərin uçotunun aparılması asanlaşacaq.
S.Novruzovun sözlərinə görə, əvvəllər sənədləşdirilməsi mümkün olmayan bəzi yaşayış evləri və torpaq sahələri ilə bağlı prosedurlar artıq sadələşdirilib. Xüsusilə sovet dövründə verilmiş müəyyən sənədlər əsasında mülkiyyət hüquqlarının qeydiyyatı üçün imkanlar yaradılıb.
Bununla belə, sənədsiz evlərin hamısının avtomatik şəkildə rəsmiləşdirilməsi nəzərdə tutulmur. Hər bir əmlakın yerləşdiyi torpağın təyinatı, hüquqi statusu və mövcud sənədləri ayrıca qiymətləndirilməlidir.
Gözlənilən dəyişikliklər daşınmaz əmlak bazarında şəffaflığın artırılması, mülkiyyət hüquqlarının qorunması və kommunal xidmətlərə çıxışın yaxşılaşdırılması baxımından əhəmiyyət daşıyır.
MüəllifVüqar
Yüklənir...
1 mənbə

Demokrat.az+1 mənbə