MilliÖn-dən ödəniş edənlərə VACİB XƏBƏRDARLIQ: NƏZƏRƏ ALIN


MilliÖN terminallarında 500 manatdan artıq ödəniş və pul köçürmələri zamanı QR kod vasitəsilə rəqəmsal şəxsiyyət təsdiqinin tələb olunacağı ilə bağlı məlumatlar yayılıb.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, MilliÖn ödəniş terminallarında 500 manatdan artıq məbləğdə ödəniş və pul köçürmələri zamanı istifadəçilərin şəxsiyyətinin rəqəmsal qaydada təsdiqlənməsi tələbinin tətbiq olunacağı ilə bağlı məlumatlar yayılıb.
Ajans.az-ın əldə etdiyi görüntüdə terminal ekranında maksimum ödəniş məbləğinin 500 manat olduğu göstərilir. Daha yüksək məbləğdə əməliyyat zamanı istifadəçinin rəqəmsal təsdiq prosesindən keçməsi, QR kod vasitəsilə şəxsiyyətini təsdiqləməsi nəzərdə tutulur.
Məsələ ilə bağlı MilliÖN-ə sorğu ünvanlasaq da, cavab verilməyib.
Sorğumuza Milli Kibertəhlükəsizlik Agentliyindən isə bildirilib ki, hazırda sözügedən yeniliklə bağlı rəsmi qərarın və tətbiq olunan sistemin olduğu barədə məlumat yoxdur.

Demokrat.az+1 mənbə