Ölkə elektron hökumət reytinqində 36 pillə irəliləyərək 38-ci yerə yüksəlib


Ana SəhifəSOSİUMÖlkə elektron hökumət reytinqində 36 pillə irəliləyərək 38-ci yerə yüksəlib
SOSİUM20.11.2026 15:00
Fins.az - Ölkə BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində (EGDI) əhəmiyyətli irəliləyiş əldə edib. 2026-cı il üzrə açıqlanan reytinqdə 36 pillə yüksələn respublika dünya sıralamasında 38-ci yeri tutub.
Yeni hesabatda ölkənin ümumi göstəricisi 0,8847 bal təşkil edib. Bu, 2024-cü ildə qeydə alınan 0,7607 balla müqayisədə 16,3% artım deməkdir. Bununla da ölkə “Çox yüksək elektron hökumət inkişafı” kateqoriyasında mövqeyini gücləndirərək V3 altqrupuna daxil olub.
Ən böyük irəliləyiş onlayn dövlət xidmətləri istiqamətində qeydə alınıb. Bu göstərici üzrə ölkə 2024-cü ildəki 67-ci yerdən 2026-cı ildə 11-ci yerə yüksəlib.
Xidmətlərin təqdim edilməsi altindeksi üzrə 10-cu, institusional çərçivə göstəricisi üzrə isə dünyada birinci yer əldə edilib.
BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi dövlətlərin rəqəmsal idarəetmə imkanlarını üç əsas istiqamət üzrə qiymətləndirir: onlayn dövlət xidmətləri, telekommunikasiya infrastrukturu və insan kapitalı.
Reytinqdə əldə olunan nəticə dövlət xidmətlərinin rəqəmsallaşdırılması, elektron platformaların inkişafı və vətəndaşların dövlət xidmətlərinə daha əlçatan çıxışının təmin edilməsi baxımından mühüm göstəricidir.
Rəqəmsal transformasiyanın davam etdirilməsi dövlət idarəçiliyində səmərəliliyin artırılması və elektron xidmətlərin daha da genişləndirilməsi üçün yeni imkanlar yaradır.
MüəllifVüqar
Yüklənir...
1 mənbə