Nvidia əməkdaşları Censen Huana geri qayıtması üçün təzyiq göstərir


20.11.2026 - 19:40
Nvidia şirkətinin müvəqqəti baş direktoru Kolet Kress şirkət daxilində sabiq rəhbər Censen Huanın vəzifəsinə qaytarılması ilə bağlı artan təzyiqlərlə üzləşib.
İNFOAZ.MEDİA xəbər verir ki, Məlumata görə, Huanın bərpasını tələb edən petisiya təxminən 200 min imza toplayıb. Onlardan 10 mindən çoxunun özünü Nvidia əməkdaşı kimi təqdim edən şəxslərə aid olduğu bildirilir.
Censen Huan geri qayıtmaqdan “şərəf duyacağını” desə də, Kress Direktorlar Şurasının onun vəzifəsinə bərpa edilməməsi barədə qərar qəbul etdiyini bildirib.
Şirkətdə keçirilən ilk ümumi toplantısında Kress əməkdaşları “irəli baxmağa” çağırıb. Keçmiş əməkdaşlardan biri isə mühəndislərin Huana son dərəcə bağlı olduqlarını, ona “demək olar ki, yarımtanrı kimi” yanaşdıqlarını söyləyib.
Kress həm əməkdaşların, həm də müştərilərin şirkətə sadiq qaldığını vurğulayaraq, “Biz bunun öhdəsindən gələcəyik”, – deyə bildirib.
Rauf