Noyabrın 20-də ümumölkə tətili keçiriləcək - bu ölkədə


Noyabrın 20-də İtaliyanın bütün ərazisində 24 saatlıq ümumi tətil keçiriləcək.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.
Bildirilib ki, İtaliya Əmək Ümumi Konfederasiyasının (CGIL) təşkil etdiyi tətilə həm dövlət, həm də özəl sektorun əməkdaşları qoşulacaq.
Etirazçılar hökumətin sosial-iqtisadi siyasətinə, yaşayış xərclərinin artmasına, səhiyyə və təhsil xidmətlərinin vəziyyətinə, eləcə də məşğulluq və mənzil problemlərinə etiraz edirlər.
Tətil səbəbindən məktəblərin və tibb müəssisələrinin fəaliyyətində fasilələr yarana bilər. Həmçinin ölkədaxili və beynəlxalq qatarların hərəkətində gecikmələr, bəzi aviareyslərin ləğvi gözlənilir.