Növbəti QS Avrasiya Forumu 2027-ci ildə ilk dəfə Azərbaycanda keçiriləcək


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda keçirilən “QS Avrasiya Forumu 2027”də iştirak edib.
Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan forum Avrasiya regionunun aparıcı universitetlərinin rəhbərlərini, beynəlxalq təşkilatların nümayəndələrini və müxtəlif təhsil platformalarının təmsilçilərini bir araya gətirib.
Forumun ilk günü Qazaxıstan Milli İdman Universitetindəkeçirilib. Tədbirin açılış mərasimində çıxış edən QazaxıstanRespublikasının elm və ali təhsil naziri Sayasat Nurbek ölkədəali təhsilin beynəlmiləlləşdirilməsinin və beynəlxalq akademikəməkdaşlığın genişləndirilməsinin prioritet istiqamətlərolduğunu vurğulayıb.
Forumun proqramı ali təhsilin əsas inkişaf istiqamətlərinə həsrolunmuş panel sessiyaları ilə davam edib. Sessiyalarda transmillitəhsil, universitet filiallarının fəaliyyəti, rəqəmsal platformalarıntədris prosesinə inteqrasiyası, elmin və innovasiyanın ali təhsilingələcəyindəki rolu, qlobal tərəfdaşlıq, eləcə də universitetlərinbeynəlxalq reytinqlərdə mövqelərinin gücləndirilməsi məsələlərimüzakirə olunub.
ADNSU-nun rektoru, dosent Rüfət Əzizov forumda çıxış edərəkali təhsil sahəsində baş verən dəyişikliklər, innovasiyaların tədrisprosesinə tətbiqi, Azərbaycanın bu istiqamətdə əldə etdiyinailiyyətlər və universitetin beynəlxalq əlaqələrinin inkişafıbarədə məlumat verib.
Rektor ali təhsilin müasir çağırışlara uyğunlaşdırılmasının, innovativ yanaşmaların tətbiqinin və beynəlxalq əməkdaşlığıngücləndirilməsinin vacibliyini vurğulayıb. O, Azərbaycanın alitəhsil sistemində həyata keçirilən yeniliklərin universitetlərininkişafına, təhsilin keyfiyyətinin yüksəldilməsinə və ölkəninbeynəlxalq akademik məkana inteqrasiyasına mühüm töhfəverdiyini qeyd edib.
Rüfət Əzizov ADNSU-nun beynəlxalq tərəfdaşlıqlarınıngenişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqiistiqamətində görülən işlərdən də bəhs edib. O, həmçinin bildiribki, növbəti QS Sammiti 2027-ci ildə ilk dəfə olaraqAzərbaycanda, Azərbaycan Dövlət Neft və SənayeUniversitetində keçiriləcək.
Forum çərçivəsində, həmçinin birgə təhsil proqramları, akademik mobillik, keyfiyyət təminatı, universitetlərinbeynəlxalq elmi-tədqiqat məkanına inteqrasiyası və gələcəyiniqtisadiyyatının tələblərinə uyğun bacarıqların formalaşdırılmasıməsələləri ətrafında fikir mübadiləsi aparılıb.
1 mənbə