Niyazi Bayramov vətəndaşlarla növbəti görüş keçirib


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 30 nömrəli tam orta məktəbdə şəhər sakinləri ilə növbəti səyyar qəbul keçirib.
Qəbulda YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Əvvəlcə rəsmilər məktəbin şəhid məzunlarının əziz xatirəsinə həsr olunmuş lövhəni ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Səyyar qəbul zamanı sakinlər tərəfindən işlə təminat, maddi yardım və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Niyazi Bayramov qaldırılan məsələlərin operativ şəkildə araşdırılması və həlli ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun şəkildə həll edilməsi üçün qeydiyyata götürülüb.
Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
