Niqmatullin: "Sofonovun oyunu rus qapıçılıq məktəbinin ən yaxşı reklamıdır"


Rusiyanın sabiq qapıçısı Ruslan Niqmatullin müasir rus qapıçıları barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, o, Matvey Sofonovun "PSJ"də çıxışını rus qapıçılıq məktəbinin ən yaxşı reklamı adlandırıb. "Bir qapıçının dünyanın ən güclü klublarından birində oynaması bizim məktəb üçün ən yaxşı reklamdır", – deyə Niqmatullin bildirib.
O, Sofonovun son 10-20 ilin ən yaxşı rus qapıçısı olub-olmaması ilə bağlı suala belə cavab verib: "Həmişə müqayisələr olacaq. Məni də vaxtilə Yaşin və Dasaevin varisi kimi təqdim edirdilər, sonra eyni sözləri Akinfeyev üçün deyirdilər, indi isə Sofonov üçün. Bu, normaldır. Hər bir qapıçı tarixdə ən yaxşılarla bir sırada olmaq istəyir. Sofonov hazırda ən yaxşı qapıçılar sırasındadır və bütün dünyada ona hörmət edirlər".
Niqmatullin həmçinin Sofonovun özündən daha böyük futbolçu olub-olmaması barədə fikirlərini də bölüşüb: "Müqayisə etmək düzgün deyil, çünki biz fərqli dövrlərdə oynamışıq. Bu, zövq məsələsidir. Sofonov hazırda formanın zirvəsindədir, fəal şəkildə tanıdılır və ən yaxşılar arasındadır. Qoy belə də davam etsin".
1 mənbə