Nina Drama: "UFC Usman Nurmaqomedova qadağa qoymalıdır"


UFC ilə bağlı tanınmış sosial şəbəkə siması Nina Drama Usman Nurmaqomedov və Merab Dvalişvili arasında baş verən insidentə münasibət bildirib. O, Dvalişvilini qardaşı kimi gördüyünü və ona edilən hücumun qəbuledilməz olduğunu deyib.
Offsideplus.az xəbər verir ki, Nina Drama bu barədə belə danışıb: "Merab mənim üçün qardaş kimidir. Ona edilən hücumun görüntülərini görəndə ürəyim bulandı. Bu cür qorxaqlar etdiklərinə görə cavab verməlidirlər. Onlar əvvəlcədən hücumu planlaşdırıb, çəkiliş üçün telefonları hazırlamışdılar. UFC Dilon Denisi turnirlərə buraxmır, halbuki ona 20 nəfər hücum etmişdi və yanında yalnız qardaşı var idi. Bəs bunlara niyə heç nə edilmədi? Ümid edirəm, UFC Usman Nurmaqomedova və dostlarına turnirlərdə iştirak etməyi birdəfəlik qadağan edəcək. O, qəfəsin üzərindən atlayıb Sun Yadunu dirsəklə vurmağa cəhd etdi. Soyadı heç kimi digərlərindən üstün etmir". Qeyd edək ki, daha əvvəl Usman Nurmaqomedovun komandası ilə Merab Dvalişvili və onun dostu arasında dava baş verdiyi məlum olub.
