Netanyahu İranla bağlı hərbi əməliyyatın qaçılmaz olduğunu bildirib


İsrailin baş naziri Benyamin Netanyahu təhlükəsizlik məsələləri üzrə müşavirə zamanı İranla hərbi əməliyyatın qaçılmaz olduğunu bəyan edib.
Ordu.az xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.
İsrailin baş naziri Benyamin Netanyahu ötən axşam təhlükəsizlik məsələləri üzrə müşavirə zamanı İranla hərbi əməliyyatın qaçılmaz olduğunu bildirib.
13-cü telekanalın məlumatına görə, İsrail ordusunun yüksək rütbəli zabiti İsrail hərbçilərinin ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) ilə birgə əməliyyat planlarını razılaşdırdığını təsdiqləyib.
“İsrail ordusunun və CENTCOM-un birgə razılaşdırılmış planları var. Məsələ yalnız vaxtla bağlıdır”, - deyə zabit bildirib.
Onun sözlərinə görə, İsrail və ABŞ gələcək addımlarla bağlı prezident Donald Trampın qərarını, həmçinin əməliyyatın həyata keçirilməsi üçün əlverişli məqamı gözləyir.
Bu məlumat CENTCOM-un rəhbəri admiral Bred Kuperin İsrail ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir və İsrailin digər yüksək vəzifəli təhlükəsizlik rəsmiləri, o cümlədən “Mossad”ın rəhbəri Roman Qofmanla görüşündən sonra yayılıb. Görüş bir gün əvvəl baş tutub.
Danışıqlardan sonra Kuper Səudiyyə Ərəbistanına yola düşüb. Onun burada Fars körfəzi ölkələrinin nümayəndələri ilə görüşləri planlaşdırılıb.
Sevinc Əliyeva Ordu.az
Dərc vaxtına görə
