Nərimanovda çörəkbişirmə sexində yanğın baş verib


Bakının Nərimanov rayonunda çörəkbişirmə sexində yanğın hadisəsi qeydə alınıb.
Gunxeber.Az xəbər verir ki, hadisə Ağa Nemətulla küçəsində yerləşən obyektdə baş verib.
Yanğın barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olduqdan sonra əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Müəyyən edilib ki, yanğın çörəkbişirmə sexi kimi fəaliyyət göstərən obyektin tüstü bacasında başlayıb. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun obyektin digər hissələrinə keçməsinin qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində tüstü bacası və onun ətrafında ümumilikdə 4 kvadratmetr sahə yanıb. Obyektin qalan hissəsi yanğından mühafizə edilib.
Hadisə zamanı xəsarət alan olmayıb.
Xəbərlərimizi Google-da izləyin Yeniliklərdən dərhal xəbərdar olun
21:45
20:10
19:30
16:55
16:50
16:14
Dərc vaxtına görə
Gunxeber.azoxuduğunuz
Nərimanovda çörəkbişirmə sexində yanğın baş verib
