"Neftçi" ilk zəfərini qazandı


"Neftçi" basketbol komandası cari mövsüm FIBA Avropa Kubokunda ilk qələbəsini qazanıb.
Offsideplus.az xəbər verir ki, H qrupunda yer alan təmsilçimiz VI tur çərçivəsində Yunanıstanın "Mikonos" kollektivini qəbul edib.
Görüş "ağ-qaralar"ın 84:80 hesablı qələbəsi ilə başa çatıb.
Bu, "Neftçi"nin ilk qələbəsi olduğu kimi rəqibin də ilk məğlubiyyəti olub.
FIBA Avropa Kuboku20:00 "Neftçi" - "Mikonos" 84:80 (16:24, 20:10, 29:18, 19:28)
Milli Gimnastika Arenası
