Nazim İbrahimovun SON HALI


Dövlət idarəçiliyində uzun illər mühüm vəzifələrdə çalışmış Nazim İbrahimovun yeni fotosu maraq doğurub.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, sabiq komitə sədrinin illər əvvəlki görüntüsü ilə müqayisədə xeyli dəyişdiyi görünür. Ağarmış saç-saqqalı və eynəyi ilə diqqət çəkən keçmiş məmurun indiki görünüşü əvvəlki imicindən fərqlənir.
Bəs Nazim İbrahimov kimdir?
1963-cü il dekabrın 23-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olan Nazim İbrahimov 1985-ci ildə Azərbaycan Politexnik İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə həmin il Nəvahi AES-in tikintisində fəhlə kimi başlayıb. 1985–1986-cı illərdə Naxçıvan Elektronika Zavodunda sahə ustası, 1986–1991-ci illərdə isə Naxçıvan Muxtar Vilayətində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
1991–1997-ci illərdə biznes fəaliyyəti ilə məşğul olub.
1997-ci ilin martında Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Həmin ilin sentyabrından Moldova və Polşada, 1999-cu ilin fevralından isə Belarusda da Azərbaycanın səfiri vəzifəsini icra edib.
2000-ci ildə 14 saylı seçki dairəsindən Milli Məclisə deputat seçilib. Eyni zamanda, 2002-ci ilin sentyabrınadək Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin tərkibində fəaliyyət göstərib.
2002-ci ilin iyulunda Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. 2008-ci il noyabrın 19-da isə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri vəzifəsinə gətirilib.
Nazim İbrahimovun komitə sədri kimi fəaliyyəti 2018-ci ilin aprelində başa çatıb. Prezident İlham Əliyevin sərəncamı ilə Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri təyin edilib.
1 mənbə
