Naxçıvanda mədəniyyət işçiləri teatr tamaşalarına pulsuz baxacaqlar


ANZ.AZ xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi sistemində çalışan əməkdaşlar Naxçıvan Dövlət Milli Dram Teatrı və Naxçıvan Dövlət Kukla Teatrının tamaşalarını ödənişsiz izləyə biləcəklər.
Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Həmkarlar İttifaqı Komitəsi ilə hər iki teatr arasında müqavilələr imzalanıb.
Müqavilələrə əsasən, tamaşalara baxışla bağlı bütün xərclər Həmkarlar İttifaqı Komitəsi tərəfindən qarşılanacaq.
Ödənişsiz tamaşalardan yararlanmaq istəyən əməkdaşlar fərdi tələbatlarına uyğun olaraq elektron qaydada qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçənlər hər iki teatrın repertuarında yer alan səhnə əsərlərini pulsuz izləyə biləcəklər.
