Naxçıvanda 1088 daşınmaz əmlak obyektinə yeni ünvan verilib


Naxçıvan, 19 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən bu ilin yanvar-oktyabr ayları ərzində 758 torpaq sahəsi, 115 mənzil, 104 fərdi yaşayış evi, 67 qeyri-yaşayış binası və 44 qeyri-yaşayış sahəsi olmaqla, ümumilikdə 1088 daşınmaz əmlak obyektinə yeni ünvan verilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26,7 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən hesabat dövründə 7792 daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb. Bunlardan 2758-i daşınmaz əmlakın texniki pasportu, 5034-ü isə torpaq sahəsinin planı və ölçüsü olubdur.
Müxbir- Nail Əsgərov
Dərc vaxtına görə
