Naxçıvanda 10 ceyran təbiətə buraxılacaq


Naxçıvan Muxtar Respublikasında ceyranların tarixi yaşayış areallarına qaytarılması istiqamətində növbəti addım atılacaq.
ANZ.AZ xəbər verir ki, Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisinə 10 baş ceyranın buraxılması nəzərdə tutulur.
Tədbirin əsas məqsədi ceyranların tarixi yaşayış areallarına qaytarılması, təbii populyasiyasının bərpası və bölgədə biomüxtəlifliyin qorunmasıdır.
Ceyranların təbiətə qaytarılması Naxçıvanın ekoloji mühitinin zənginləşdirilməsi və nadir heyvan növlərinin mühafizəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Dərc vaxtına görə