Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Emin Əmrullayevin vətəndaş qəbulunda olub – SƏBƏB


Noyabrın 16-da elm və təhsil naziri Emin Əmrullayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib.
ANZ.AZ-ın əldə etdiyi ilkin məlumata görə, qəbulda Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova da vətəndaş qismində iştirak edib.
Bildirilir ki, əvvəllər təhsil sahəsində çalışmış Gülxanım Orucova nazirə müraciəti zamanı yenidən bu sahədə fəaliyyət göstərmək istədiyini bildirib.
Gülxanım Orucovanın müraciətinə nazir tərəfindən hansı cavabın verildiyi hələlik məlum deyil.
Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.