Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb


Noyabrın 18-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və birgə fəaliyyətin təşviqi məqsədilə görüş keçirilib.
"PostMedia" Nazirliyə istinadən xəbər verir ki, görüşdə tərəflər arasında mövcud əməkdaşlıq imkanları, birgə layihələrin həyata keçirilməsi, tələbələrin mədəni tədbirlərdə iştirakının təşkili, eləcə də kadr hazırlığı istiqamətində qarşılıqlı fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
📲 Xəbərləri ilk siz oxuyun — bizi izləyin