Naxçıvan Dövlət Universitetində yeni təyinat


Naxçıvan Dövlət Universitetində (NDU) yeni kadr təyinatı olub.
ANZ.AZ xəbər verir ki, hüquq üzrə fəlsəfə doktoru Günay İsmayılova universitetin Hüquq fakültəsinin Ümumi hüquq kafedrasının müdiri vəzifəsinə təyin edilib.
Günay İsmayılova Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın nüfuzlu Birmingem Universitetində hüquq üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi alıb.
O, Avstriyada yerləşən Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Akademiyasında magistr təhsili alıb, həmçinin Bakı Dövlət Universitetində mülki hüquq ixtisası üzrə magistraturanı fərqlənmə diplomu ilə bitirib.
Günay İsmayılova Böyük Britaniyanın Birmingem Universitetində akademik və pedaqoji fəaliyyətlə məşğul olub.
O, uzun illər Azərbaycan Respublikasının Baş Prokurorluğunda müxtəlif məsul vəzifələrdə çalışıb. Baş prokurorun köməkçisi, Kadrlar İdarəsinin və Elm-Tədris Mərkəzinin rəis müavini vəzifələrini icra edib.
Yeni kafedra müdiri Fransa, Böyük Britaniya, İsveçrə və digər ölkələrdə beynəlxalq elmi layihələrdə, hüquq konfranslarında və akademik proqramlarda iştirak edib.
Report+1 mənbə