“Azərbaycan-Vyetnam ticarətdə əhəmiyyətli artım üçün böyük potensiala malikdir” – İlham Əliyev
Yenicag.azYeni Çağ Media Group


Siyasət
19 Noyabr 2026, 13:39
0 baxış
Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir.
Yenicag.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində deyib.
2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon dollardan artıq olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Bununla yanaşı, bu göstərici hələ ki, real imkanları əks etdirmir: hər iki tərəf qarşılıqlı ticarətdə əhəmiyyətli artım üçün böyük potensiala malikdir”.
