"Müzakirə etməyə başqa mövzu tapmırsınız.."


"Ümumiyyətlə, kişi niyə bir qadını, özü də onun əxlaqını müzakirə etsin ki? Kişi niyə qeybət etsin?" "DİA-AZ" xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Nura Suri qeyd edib.
O daha sonra bildirir: "Qadınları əksəriyyəti kişilərin şəxsi həyatını müzakirə etmirlər. Siz həmcinslərinizlə münasibətdə olsanız belə, qadınlar bunun qeybətini etmirlər. Bəs sizə nə düşüb ki, tanımadığınız qadınlar haqqında sosial şəbəkələrdə açıq-aşkar qeybət edir, hətta böhtan atırsınız?
Müzakirə etməyə başqa mövzu tapmırsınız, yoxsa qorxularınıza görə yalnız qadınların geyimini və əxlaqını qiymətləndirməklə təsəlli tapırsınız? Şərhlərə, yazılan statuslara və çəkilən videolarda deyilənlərə baxanda adama elə gəlir ki, ölkədə travmalı, kompleksli insanların sayı həddindən artıq çoxdur. Bu hal isə sağlam cəmiyyətin formalaşmasına mane olur..."
