Müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb


Estoniya hakimiyyətinin Rusiya ilə sərhədi 6 ay müddətinə bağlamaq qərarı fonunda Estoniyanın Moskvadakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Modern.az Rusiya XİN-ə istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Estoniya hakimiyyətinin Rusiya ilə sərhəddəki buraxılış məntəqələrini bağlamaq qərarı "qarşıdurma xarakterlidir".
Zaxarova qeyd edib ki, qərar iqtisadiyyatda və sosial sahədə, xüsusən də Estoniyanın özünün sərhədyanı regionlarında ən mənfi nəticələrə səbəb olacaq.
"Ölkəmizə qarşı düşmənçilik hərəkətlərinin qəbuledilməzliyi barədə Rusiyanın mövqeyini Estoniya tərəfinə çatdırmaq üçün Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb", - o bildirib.
Dərc vaxtına görə
